Ukrayna Prezidenti Volodimir Zelenski Roma Papası Fransiski Ukraynaya dəvət edib.
KONKRET.az xəbər verir ki, Ukrayna lideri bu barədə öz rəsmi sosial şəbəkə hesabında bildirib.
O bildirib ki, Roma Papası ilə telefonla danışıb və verdiyi dəstəyə görə, təşəkkür edib:
“Biz Ukraynadakı durumu, rus qoşunlarının ölkədən çıxarılmasını və Vatikanın vasitəçilik təşəbbüsünü müzakirə etdik. Dəstəyə görə Papa Fransiskiyə minnətdarlığımı bildirdim”.
Vəsilə İbrahim,
KONKRET.az
