“Vaqner silahlıları Zelenski və Şmıqala sui-qəsd hazırlayırdılar”.
KONKRET.az xəbər verir ki, bu barədə CNN telekanalına müsahibəsində Ukrayna müdafiə nazirinin müşaviri Markian Lubkivski danışıb.
Rusiyanın “Vaqner” özəl hərbi şirkətinin silahlıları Ukrayna Prezidenti Volodimir Zelenskiyə və Baş nazir Denis Şmıqala sui-qəsd planlaşdırıb.
“Onlar Ukrayna rəhbərliyini – bizim prezidentimizi və baş nazirimizi öldürmək istəyirdilər. Məqsəd bu idi, onlar uğursuz şəkildə Ukraynaya göndərildi”, – deyən Lubkivski bütün sübutların Beynəlxalq Ədalət Məhkəməsinə təqdim edildiyini əlavə edib.
Müdafiə nazirinin müşaviri qeyd edib ki, Ukrayna kəşfiyyatı Ukraynada və xaricdə yaraqlıları izləyib, onlardan bir neçəsi ölkə daxilində məhv edilib.
Bundan əvvəl Mixail Podolyak bildirib ki, Ukrayna Prezidenti Volodimir Zelenski artıq onun həyatına 10-dan çox cəhddən sağ çıxıb.
Ukrayna kəşfiyyatının məlumatına görə, martın 20-də Putinə yaxın rus təbliğatçısı və PMC Liqasının (Vaqner) sahibi Yevgeni Priqojinlə əlaqəli daha bir qrup yaraqlı Ukraynaya gəlməyə başlayıb. Cinayətkarların əsas vəzifəsi Ukraynanın ali hərbi-siyasi rəhbərliyini məhv etməkdir.
Xuraman Etibarlı,
KONKRET.az