“Ukrayna danışıqlarda iştirak etməsə, nə mən, nə də Ukrayna xalqı ABŞ və Rusiyanın heç bir qərarını qəbul etməyəcəyik”.
KONKRET.az xəbər verir ki, bunu NBC News-a müsahibəsində Ukrayna prezidenti Volodimir Zelenski deyib.
Zelenskinin sözlərinə görə, Vaşinqton Moskva ilə iqtisadi münasibətləri saxlaya bilər, lakin bunun heç bir şəkildə müharibənin dayandırılması üzrə danışıqlara dəxli yoxdur.
O, qeyd edib ki, danışıqlar masasına dörd tərəf əyləşməlidir: Ukrayna, Rusiya, ABŞ və Avropa.
KONKRET.az