“Zəngəzur dəhlizi açılsa, Ermənistan parçalanacaq” – Abovyandan KRİTİK AÇIQLAMAbackend

“Zəngəzur dəhlizi açılsa, Ermənistan parçalanacaq” – Abovyandan KRİTİK AÇIQLAMA

“Ermənistan heç bir halda Zəngəzurdakı kommunikasiyalar üzərində Türkiyənin nəzarətini qəbul etməməlidir”.

KONKRET.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə “Çiçəklənən Ermənistan” partiyasının üzvü Arman Abovyan fikir səsləndirib. Erməni siyasətçi əlavə edib ki, Azərbaycan və Türkiyəyə Zəngəzur üzərindən bir dəhlizin verilməsi, Ermənistanın parçalanmasının ilk mərhələsi olacaq.

Abovyan 44 günlük müharibədən sonra Cənubi Qafqazda ciddi dəyişikliklərin baş verdiyini deyib: “Ankaranın geosiyasi ambisiyaları artıb. Belə bir şəraitdə Zəngəzur vasitəsi ilə dəhlizin açılması və buna nəzarətin Azərbaycan və Türkiyəyə verilməsi, rəsmi Ankaranın Xəzər dənizində və Mərkəzi Asiyada daha da güclənməsi üçün yeni imkanlar açacaq”.

Erməni siyasətçi Türkiyənin Türkdilli Dövlətlər Birliyinin yaradılmasında və “Böyük Turan” ideyalarının reallaşdırılmasında ciddi addımlar atdığını dilə gətirib: “Aydındır ki, Zəngəzurdan keçən yol və ya dəhliz türklər üçün həyati əhəmiyyətə malikdir. Ancaq bu ssenari Cənubi Qafqazda Rusiyanın varlığına son qoymaq demək olacaq”.

Müşviq Tofiqoğlu

KONKRET.az 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*