180 kilo pendiri oğurlayan polisə ağır cəzabackend

180 kilo pendiri oğurlayan polisə ağır cəza

Almaniyada aşmış yük maşınından 180 kiloqram pendiri oğurlayan polis əməkdaşı işdən qovulub.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Reynland-Pfalts Ali İnzibati Məhkəməsi dünən magistral patrul vəzifəsində çalışan polis məmurunun şikayətini rədd edib və işdən çıxarılma qərarını təsdiqləyib. Məhkəmədən verilən açıqlamada deyilir ki, qəza yerinin təhlükəsizliyini təmin etmək üçün təyin edilmiş məmurun zədələnmiş yük maşınına yaxınlaşan polis əvvəlcə şirkətin işçisindən ona pul verməsini istəyib. Sonra soyuducu qabdan bir neçə zədələnməmiş pendir paketi aparıb”.

Polis əməkdaşının hər biri 20 kiloqram olan 9 bağlama pendir oğurladığı iddia edilib. Sözügedən polis əməkdaşı qəzadan sonra yük maşınının soyutma sistemi xarab olduğundan pendirin demək olar ki, heç bir dəyəri olmadığını və onu zibil olmaqdan xilas etmək istədiyini bildirib.

İddia edilib ki, polis məmuru pendir paketlərinin bir hissəsini polis idarəsinə aparıb, bir qismini isə özü, dostları və yaxınları arasında bölüşdürüb.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*