Abituriyentlərin NƏZƏRİNƏ! – Bu gün BAŞA ÇATIRbackend

Abituriyentlərin NƏZƏRİNƏ! - Bu gün BAŞA ÇATIR

Ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu bu gün başa çatır.

KONKRET.az xəbər verir ki, ərizənin təsdiqi DİM-in informasiya sistemlərində abituriyent barədə olan məlumatların yetərli olub-olmamasından asılı olaraq iki üsulla həyata keçirilir (ərizənin hansı üsulla təsdiq ediləcəyi barədə məlumat proqram tərəfindən “Abituriyentin elektron ərizəsi” forması təsdiq edilənədək ərizəyə hər dəfə daxil olarkən ekranda göstərilir).

Abituriyentlərin böyük əksəriyyəti ərizələrini özləri təsdiq edirlər. Həmin abituriyentlər ərizələrini 8 iyun saat 23:59-dək təsdiq etməlidirlər.

Elektron ərizələrini Sənəd Qəbulu Komissiyalarında (SQK) təsdiq etdirməli olan abituriyentlər onu doldurduqdan sonra tələb olunan sənədləri şəxsən təqdim etməklə ərizələrini 8 iyun saat 17:00-dək SQK-ların birində təsdiq etdirməlidirlər. SQK-ların ünvanları: http://dim.gov.az/news/6691/

Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün müsabiqədə yalnız ərizəsini təsdiq etmiş (etdirmiş) abituriyentlər iştirak edə bilərlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*