ABŞ cari ildə Azərbaycanda neft hasilatının həcmini PROQNOZLAŞDIRDIbackend

ABŞ cari ildə Azərbaycanda neft hasilatının həcmini PROQNOZLAŞDIRDI

2022-ci ildə Azərbaycanda neft və maye karbohidrogen hasilatı 0,74 milyon barel/sutka səviyyəsində gözlənilir.

KONKRET.az xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya İdarəsinin (EIA) hesabatında deyilir.

Bu proqnoz əvvəlki hesabatla müqayisədə dəyişməz qalıb.

2022-ci ildə rüblük hasilat birinci, ikinci və üçüncü rübdə 0,74 milyon, dördüncü rübdə 0,73 milyon barel/sutka səviyyəsində proqnozlaşdırılır.

2023-ci ildə isə proqnozlara əsasən Azərbaycanda neft və maye karbohidrogen hasilatı 0,71 milyon barel/sutka olacaq.

Gələn il rüblük hasilat birinci rübdə 0,72 milyon, ikinci rübdə 0,71 milyon, üçüncü rübdə 0,7 milyon, dördüncü rübdə isə 0,72 milyon barel/sutka təşkil edəcək.

2021-ci ildə Azərbaycanda neft və maye karbohidrogen hasilatı sutkada orta hesabla 0,72 milyon barel təşkil edib.

EIA-nın göstəricilərinə görə, 2021-ci ilin birinci, ikinci, üçüncü və dördüncü rüblərində hasilat müvafiq olaraq sutkada 0,75 milyon, 0,7 milyon, 0,71 milyon və 0,71 milyon barel/sutka təşkil edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*