ABŞ-dan diplomatlarına: “Çini tərk edin”backend

ABŞ-dan diplomatlarına: "Çini tərk edin"

“COVID-19-la bağlı məhdudiyyətlər səbəbindən Çin Xalq Respublikasına səyahətə yenidən baxın”.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentindən bildirilib.

Nazirlik Çinin başlatdığı COVID-19 məhdudiyyətləri səbəbindən Şanxaydakı vacib olmayan xarici işlər işçilərinə şəhəri tərk etməyi əmr edib:

“ABŞ vacib olmayan hökumət işçilərinə və bütün ailə üzvlərinə COVID-19 -a yoluxmanın artması və Çinin epidemiya ilə bağlı məhdudiyyətlərinin təsiri səbəbindən Şanxay Baş Konsulluğunu tərk etməyi əmr etdi”.

Qeyd edək ki, 25 milyon əhalisi olan Şanxayda COVID-19-la bağlı karantin səbəbindən insanların evlərini tərk etmələri qadağan edilib. Şəhərdə ərzaq qıtlığının yaşandığı bildirilir.

 

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*