Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) keçirilməli olan “Abşeron” – NTD birinci pley-in oyunu təxirə alınıb.
KONKRET.az xəbər verir ki, buna səbəb Abşeron Olimpiya İdman Kompleksinin tavanında yaranmış problem olub.
Belə ki, yağış nəticəsində tavandan su damıb.
Bu səbəbdən qarşılaşma sabah saat 16:00-a təyin olunub.