Bu heyrətamiz faktlar haqqında bilirdinizmi? Ağaclar da evli cütlük kimi bir-birini sevməyi, qucaqlamağı və hətta qayğısına qalmağı bilir.
KONKRET.az xəbər verir ki, alman tədqiqatçı Peter Volleben təkcə ağacları sevmir, həm də həyatını bu gözəl orqanizmlərin öyrənilməsinə həsr edib.
Alim Britaniya Kolumbiyası Universitetinin ekoloqu Suzan Simar ilə birlikdə “Ağıllı ağaclar” sənədli filmini çəkib.
Volleben araşdırmalarından birində yazır:
“Ağaclar ağrı hiss edə və qorxu kimi emosiyalar yaşaya bilər. Bir-birlərinə yaxın durmağı və qucaqlaşmağı xoşlayırlar. Ağaclar ünsiyyət qurmağı sevirlər”.
Və bu hamısı deyil! Volleben deyir:
“Ağacların dostluğu var. Bir fərd digərinin qayğısına qaldıqda, yaşlı cütlük kimi bir bağ yaradırlar. Onların hissləri var”.
Ağacların nəinki ağıl, hətta ürək döyüntüsünün analoqu var.
Danimarkadakı Orhus Universitetindən doktor Andras Zilinski 22 növ ağac və kolun budaq və yarpaqlarının dəqiq mövqeyini ölçmək üçün lazer skanından istifadə edib. 2015-ci ildə o, müşahidələrini və gözlənilməz nəticələrini dərc edib.
Məlum olub ki, bəzi ağaclar gecə saatlarında budaqlarını bir neçə dəfə aşağı salır ki, bu da suyun və şəkərin hərəkət dövrünə uyğundur. Başqa sözlə, bu, nəbz kimi bir şeydir
Zilinski yazır:
“Biz 2-6 saat davam edən dövrlərdə 1 sm-ə qədər olan əvvəllər naməlum aralıq hərəkəti müəyyən etdik. Bu hərəkətin bitkilərdəki su təzyiqi ilə əlaqəli olduğu görünür, yəni ağacın mahiyyətcə nasos kimi suyu vurması deməkdir”.
Gecələr bəzi ağaclar budaqlarını 10 sm-ə qədər endirir, gün çıxanda isə yenidən çıxır. Bu proses o qədər incə gedir ki, prosesi gərək dərindən müşahidə edəsən.
Xüsusilə, maqnoliya bir gecədə budaqların artırılmasının üç tam dövründən keçir, bu da su təchizatı dövrünə uyğundur.
Sevinc Paşayeva,
KONKRET.az
