Ağcabədidə dələduzluq edən şəxs həbs edildibackend

Ağcabədidə dələduzluq edən şəxs həbs edildi

Ağcabədidə dələduzluq edən şəxs həbs edilib.

DİN-in mətbuat xidmətindən KONKRET.az-a verilən məlumata görə, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində etibardan sui-istifadə etməklə vətəndaşa məxsus pul vəsaitini ələ keçirməkdə şübhəli bilinən Elməddin Baxışov saxlanılıb. Araşdırma zamanı onun təqaüd düzəltmək adı ilə 11 000 manat alaraq dələduzluq əməli törətdiyi müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanıb.

Məhkəmənin qərarı ilə E.Baxışov barəsində həbs qətimkan tədbiri seçilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*