Alimlər ilk dəfə kosmosda bu maddənin doğulduğunu canlı-canlı müşahidə etdilərbackend

Alimlər ilk dəfə kosmosda bu maddənin doğulduğunu canlı-canlı müşahidə etdilər

KONKRET.az “NASA” Kosmik Agentliyinə istinadən xəbər verir ki, ilk dəfə alimlər kosmosda stronsiumun olduğunu sübut ediblər. Astronavtlar nəinki maddənin özünü aşkar etməyə, hətta kosmosda onun əmələ gəlməsi prosesini müşahidə etməyə müvəffəq oldular.

Ümumiyyətlə, stronsium D.İ.Mendeleyevin elementlərin dövri sistemində 38-ci elementdir. 

Rəngli televiziyalar üçün görüntü balonlarının və dəmir əsaslı maqnitlərin istehsalında, sinkin saflaşdırılmasında, işıqforda və fişənglərdə qırmızı rəngin əldə edilməsində istifadə edilir. Nüvə batareyaları və fosforlu boyaların hazırlanmasında da bu elementdən istifadə edilir.

Stronsium titanat almazdan daha geniş bir optik dağılımaya sahibdir. Olduqca cəlb edici bir optik maddədir. Stronsium mikroorqanizmlərin, bitkilərin və heyvanların tərkib hissəsidir. Dəniz yosunlarının quru maddəyə görə qramında 26-140 mq, yerüstü bitkilərdə 2,6 mq-a yaxın olur. Müxtəlif orqanizmlərin stronsiumu toplaması təkcə onların növündən, xüsusiliyindən deyil, həm də stronsium və digər elementlərin, başlıca olaraq kalsium və fosforun ətraf mühitdə nisbətindən asılı olur.

Torpağa düşərək stronsium kalsiumun həll olan birləşmələri ilə birlikdə bitkilərə daxil olur. 90Sr izotopunu daha çox paxlalılar, kökümeyvəlilər və giləmeyvəlilər, daha az isə dəniz bitkiləri toplayır. Toxumlarda və meyvələrdə digər orqanlara nəzərən daha az 90Sr izotop toplanır (məsələn, buğdanın yarpaqlarında və gövdəsində 90Sr buğda dənəsinə nəzərən 10 dəfə çox olur).

Heyvan orqanizmində 0,01% (kütlə ilə) stronsium olur. Stronsium orqanizmdə toplanmaq qabiliyyətinə malikdir. Bəzi dəniz orqanizmləri stronsiumu dəniz suyundan akkumuliyasiya edir (dəniz suyunda 0,013% stronsium olur).

Qida ilə insan orqanizminə 0,8 – 3,0mq strosium daxil olur. Çəkisi 70 kq olan yaşlı insanda 320 mq stronsium olur. Stronsiumun əsas miqdarı (99%-ə qədəri) sümüklərdə və dişlərdə toplanır. Limfatik qovşaqlarda, ağ ciyərdə, yumurtalıqda, qara ciyərdə stronsium çoxdur.

Stronsium kalsiumun analoqu kimi maddələr mübadiləsində aktiv iştirak edir və sümük toxumasında toplanır. Orqanizmə izafi miqdarda stronsium daxiıl olduqda “stronsium raxiti” və ya “yrovsk xəstəliyi” yaranır. Bu xəstəlik ilk dəfə olaraq Şərqi Sibirdə Urov çayının yaxınlığında yaşayan əhalidə aşkar olunmuşdur. Belə xəstəlik sümük toxumasından stronsium ionunun kalsium ionunu sıxışdırıb çıxarması nəticəsində yaranır.

Stronsiumun 90Sr radiaktiv izotopu atom silahının sınağı zamanı atmosferə düşür və orqanizmdə, xüsusən də sümük toxumalarında və sümük beynində – qanəmələgətirici orqanda toplanır ki, bu da ağır xəstəliyə – leykemiyaya (qan xərçənginə) gətirib çıxarır. Stromsium – 90 ilə şüalanmanın təsirindən canlı maddədə dəyişmələr baş verir: hüceyrələrin strukturu və funksiyası pozulur ki, bu da maddələr mübadiləsinin əsaslı şəkildə pozulmasına gətirib çıxarır. Bundan başqa şüalanma DNT – yə də təsir edir ki, bu da bir qayda olaraq irsiyyətə öldürücü təsir edir. Dinc məqsədlərlə radioaktiv stronsium sümük şişlərinin şüa terapiyası qurğularında istifadə olunur.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*