Altundan ABŞ-dakı azərbaycanlıları təhdid edən ermənilərlə bağlı ÇAĞIRIŞbackend

Altundan ABŞ-dakı azərbaycanlıları təhdid edən ermənilərlə bağlı ÇAĞIRIŞ

“ABŞ-da bir qrup ekstremist erməni tərəfindən Azərbaycan bayrağı taxılan bir modelin “edam edilməsi”nin alqışlarla qarşılandığı və azərbaycanlıları açıq şəkildə təhdid etdiyi nümayiş bu təşviqin nəticəsidir”.

KONKRET.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sədri Fəxrəddin Altun öz tvitter hesabında bildirib.

“1982-ci ildə Türkiyənin Los- Ancelesdəki Baş konsulunu qətlə yetirən erməni terrorçu Hampiq Sassunyan keçən ay sərbəst buraxıldı. Bu qatillərin cəzasız qalmasının yalnız yeni bir ekstremist nəslin təşviq olunmasına xidmət edəcəyi barədə xəbərdarlıq etmişdik.

Tarixi təhrif etmək ABŞ-da yaşayan azərbaycanlıları təhdid edən erməni ekstremistlərini daha da ruhlandırır. Bu eskalasiyadan narahatlıq keçiririk, bütün təhdidlərə qarşı Azərbaycanın yanında olduğumuzu bildiririk, ABŞ səlahiyyətlilərini lazım olanı etməyə çağırırıq.

Erməni terrorçuları tərəfindən şəhid edilən diplomatlarımızla bağlı sərgimiz 1 may tarixinədək Los- Ancelesdə ziyarət edilə bilər”,- deyə Fəxrəddin Altun qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*