Ötən gün ANAMA Ağcabәdi, Ağdam, Bәrdә, Füzuli, Goranboy vә Tәrtәr әrazisindә mәrmilәrin aşkar olunması barәdә Daxili İşlәr Nazirliyinin ″102″ Xidmәti-Zәng mәrkәzi sistemindәn – 31 (otuz bir) vә Fövqәladә Hallar Nazirliyinin Böhran Vәziyyәtlәrindә İdarәetmә mәrkәzindәn – 1 (bir) müraciәt daxil olub.
ANAMA-dan KONKRET.az-a verilən məlumata görə, daxil olmuş 32 çağırış әsasında Agentliyin xüsusi mobil çevik әmәliyyat qrupları tәrәfindәn Ağcabәdi rayonunun Qaraxanlı, Hacılar, Muğanlı, Avşar kәndlәri, Ağdam rayonunun Sarıcalı, Bәrdә şәhәrinin Nizami, R.Rza küçәlәri, Füzuli rayonunun Şükürbәyli kәndi, 2-ci vә 5-ci Zobcuq qәsәbәlәri, Goranboy rayonunun Qızılhacılı, Aşağı Ağcakәnd kәndlәri, Tәrtәr rayonunun Düyәrli, Borsunlu, Qaynaq, Qazyan, Yuxarı Sarıcalı kәndlәri, N.Nәrimanov, Ş.Hәsәnov, E.Sәfәrov vә Bağırov küçәlәrinә Daxili İşlәr Nazirliyinin әmәkdaşları ilә birlikdә 28 operativ vә tәxirәsalınmaz әmәliyyat çıxışı hәyata keçirilib.
Aparılmış әmәliyyat-axtarış tәdbirlәri zamanı 1 әdәd 122 mm-lik top mәrmisi (OF-56), 1 әdәd 122 mm-lik raket, 1 әdәd raketin hissәsi, 22 әdәd bombacıq vә 58 әdәd partlamış mәrmi qalıqları aşkar olunub.
