“Ananın verdiyi böyrək də xarab oldu” – 8 ay əvvəl demişdi – VİDEObackend

“Ananın verdiyi böyrək də xarab oldu” - 8 ay əvvəl demişdi - VİDEO

“Bozbash pictures”də “Ağsaqqal” obrazı ilə tanınan Azər Baxşəliyevin aylar öncə qonaq olduğu “Qapqara” verilişindəki çıxışı gündəm olub.

KONKRET.az xəbər verir ki, o, xəstəliyindən danışarkən bildirmişdi:

“Böyrəklərimin hər ikisi sıradan çıxmışdı. Anam böyrəyinin birini mənə verdi. Hər kəsi anası bir dəfə dünyaya gətirir, məni isə anam ikinci dəfə… Bunun üstündən 4 il keçib. Amma bu gün də eyni xəstəliklə üzləşdim. Yaxın zamanlarda əməliyyata gedəcəm. Donor tapılsa, ikinci dəfə böyrək köçürüləcək. Bacardığım qədər biruzə vermirəm, amma istənilən halda bu bəlli olur.

Bəzən düşünürəm ki, ananın verdiyi böyrək də xarab oldu. Heç nədən anamdan böyrək götürdüm. Amma qismət budur. Heç vaxt neqativ düşünmürəm. Ən azından bu xəstəliyin bir çıxış yolu var. İşimlə xəstəliyimi qarışdırmıram. Mənəvi olaraq çox çətin olsa da, gün ərzində xəstəliyim heç yadıma düşmür”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*