Angela Merkel: “Biz bilirdik ki, Putin Ukraynanın NATO-ya qoşulmasına tamaşa etməyəcək”backend

Angela Merkel: “Biz bilirdik ki, Putin Ukraynanın NATO-ya qoşulmasına tamaşa etməyəcək”

Almaniyanın keçmiş kansleri Angela Merkel BBC-yə müsahibə verib. 

KONKRET.az xəbər verir ki,  Merkel Rusiya ilə imzalanan qaz müqavilələrindən, eyni zamanda Moskva ilə sülhü qorumaq məqsədlərindən danışıb. Merkel bildirib ki, Kiyev 2008-ci ildə NATO-ya üzv qəbul edilsəydi Ukraynada müharibə daha tez başlayar və daha pis nəticələr verərdi: “Hərbi münaqişəni daha əvvəl də görürdük. Mənə tam aydın idi ki, prezident Putin Ukraynanın NATO-ya qoşulmasına tamaşa etməyəcək”. Angela Merkel  Rusiya prezidenti Vladimir Putinin imzaladığı yeni nüvə doktrinası ilə bağlı narahatlığını ifadə edib: “Biz nüvə silahından istifadənin qarşısını almaq üçün hər şeyi etməliyik. Xoşbəxtlikdən, Çin də bir müddət əvvəl bu barədə danışdı. Biz qorxudan iflic olmamalıyıq, ancaq Rusiyanın dünyanın ən böyük və ya iki nüvə dövlətindən biri olduğunu da qəbul etməliyik. Bu potensial qorxudur”.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*