Artıq ABŞ-ın hegemonluq dövrü sona çatıb, “NATO beyin ölümü vəziyyətindədir” – Fransadan ŞOK QƏRARbackend

Artıq ABŞ-ın hegemonluq dövrü sona çatıb, "NATO beyin ölümü vəziyyətindədir" – Fransadan ŞOK QƏRAR

Jan Luk Melanşon, Marin Le Pen, Erik Zemmour kimi suverenlik tərəfdarı olan fransızların Fransanı NATO-dan çıxarmaq üçün etdikləri çağırışlar boş bir söz yığını deyil. İndi bu çağırışı edənlərin tərəfdarları çoxalır, çünki onlar ABŞ-ın hərəkətləri ilə razılaşmırlar.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, 1966-2009- cu illəri əhatə edən 43 il ərzində Fransa NATO-nun birgə komandanlığına daxil olmasa da, İttifaqın üzvü idi. Fransanın nüvə silahının amerikalılar tərəfindən cilovlanmasının əleyhinə olan general Şarl de Qoll isə ölkəsinin NATO İttifaqından çıxmasını təmin etmişdi. Yalnız Fransa 1995-ci ildən bəri NATO-nun bütün hərbi təlimlərinə qatıldığından, onun İttifaqa daxil olması Prezident Sarkozinin sayəsində gerçəkləşdi. Hələ o zaman Fransa Sosialist Partiyası Sarkozinin niyyətinə qarşı çıxmaq üçün özünün ən mötəbər nümayəndələrini parlamentə göndərmişdi. Həmin nümayəndələr isə çıxışlarında yekdilliklə bildirmişdilər ki, bu qərar ABŞ-dan asılılığa səbəb olacaq.

Bu gün isə artıq dünyanın nizamı dəyişib və Fransadakı suverenistlər ölkələrinin NATO İttifaqından çıxmasını tələb edirlər. Emmanuel Makronun 2019 -cu ilin oktyabr ayında “NATO beyin ölümü vəziyyətindədir” ifadəsi isə, ölkə rəhbərliyinin suverenistlərlə həmfikir olduğunu deməyə əsas verir.  Eyni zamanda NATO-nun üzvü olan Türkiyənin Suriyadakı kürd müttəfiqlərimizə qarşı hərbi hücuma başçılıq etməsi, həmçinin ABŞ-ın təzyiqi ilə Avstraliyanın sualtı qayıqlarımızı satın almaqdan imtina etməsi vəziyyəti daha da pisləşdirdi. Bütün bu fikirləri Respublikaçı deputat Erik Ciottin səsləndirib.

Respublikaçı deputat Erik Ciottinin fikrincə Fransanın NATO-dan çıxması ölkənin suverenliyini və müstəqilliyini (Xüsusən nüvə silahı məsələsində) təmin edəcək. “NATO Soyuq Müharibə şəraitində artıq mövcud olmayan bir düşmənə qarşı yaradılıb. İttifaq instinktiv olaraq Rusiyanı (artıq SSRİ olmayan) düşmən kimi qəbul edir. Amma biz İslamçı Türkiyə ilə birlikdə hərəkət edirik. İttifaqın Əfqanıstandakı məğlubiyyəti isə NATO-nun bu gün köhnəldiyini sübuta yetirir. Artıq Amerikanın hegemonluğu dövrü sona çatıb. Diplomatiyamız belə bir reallığa uyğunlaşmalı və Şarl de Qollun o vaxtkı fikirlərini yenidən gündəmə gətirməlidir.

Keçmiş müdafiə naziri Herve Morenə görə isə, NATO-nun birgə komandanlığında qalmaq Fransanın müstəqilliyinə heç bir maneə törətmir. Orada qərarlar yekdilliklə verilir, Fransa yox deyirsə, deməli təklif rədd edilir: “NATO-dan ayrılsaq, tamamilə təcrid olunmuş vəziyyətə düşərdik. Son 20 ildə NATO-nun bütün hərbi əməliyyatlarında iştirak etmişik. ABŞ-ın Əfqanıstandakı uğursuzluğuna şübhə etmək əvəzinə gəlin hadisələri analiz edək. Önlardan öncə 2013-cü ildə Əfqanıstanı ilk tərk edən biz olmuşuq. Amerikalılar bizdən Əfqanıstandakı varlığımızı gücləndirməyimizi xahiş edəndə, biz avropalılar əsgərlərimizi ora göndərməməyin yollar axtarırdıq”.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*