Qondarma “dqr”in separatçı-terrorçu lideri Araik Arutyunyan başının dəstəsi ilə bu gün cəbhənin cənub-şərq istiqamətinə gəlib.
KONKRET.az xəbər verir ki, erməni mediasının məlumatına görə, burada o, döyüş vəziyyətini müzakirə edib.
Arutyunyanın “döyüş vəziyyətini” müzakirəsinə həsr olunan yerdən foto isə sosial şəbəkələrdə haqlı olaraq ciddi tənqid edilib. Belə ki, Arutyunyanın terrorçularla toplantını uşaq bağçasında keçirdiyi açıq-aydın görünür.
Qeyd edək ki, bu, Ermnistan ordusunun daimi olaraq tətbiq etdiyi metoddur. Belə ki, onlar ya mədəniyyət evini, ya məktəbi, ya da uşaq bağçasınə hərbi dayaq məntəqəsi kimi seçirlər. Azərbaycan Ordusu həmin ərazini vurduqda isə şüvən salırlar ki, Azərbaycan mülki obyektləri atəşə tutur. Halbuki Azərbaycan yalnız kəşfiyyat məlumatları əsasında hərbi obyektlərə zərbə endirir.
Ona görə də uşaq bağçalarını, məktəbləri, mədəniyyət evlərini, yaşayış sahələrini hərbi qərargah kimi istifadə edən Ermənistan hərbi-siyasi rəhbərliyi məsuliyyət daşımalıdır. (axar.az)