AŞPA-da azərbaycanlı deputatdan erməni həmkarına irad: “Şuşi yox, Şuşa”backend

AŞPA-da azərbaycanlı deputatdan erməni həmkarına irad: “Şuşi yox, Şuşa”

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, deputat Kamal Cəfərov AŞPA-nın qış sessiyası zamanı Ermənistanın qurumdakı nümayəndə heyətinin üzvünü tarixə hörmətlə yanaşmağa və Şuşa şəhərinin adını düzgün tələffüs etməyə çağırıb.

KONKRET.az-ın məlumatına görə, K.Cəfərov bldirib ki, Azərbaycan şəhərinin adı Şuşi yox Şuşadır:

“Tarixə hörmətlə yanaşmaq lazımdır”.

Azərbaycanlı deputat erməni həmkarına müzakirələrə yerli-yersiz siyasi don geydirməməyi tövsiyə edib:

“Dağlıq Qarabağda əməliyyatlar başa çatıb və bu gün artıq qarşılıqlı inam yaratmağın vaxtı çatıb. Siz isə bunun əvəzinə AŞPA-dakı müzakirələrdən istifadə edərək hər bir məsələni siyasiləşdirməklə məşğulsunuz”, – deputat bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*