Sosial şəbəkələrdə Naftalanda Aşura günü sərxoş vəziyyətdə avtomobil idarə şəxslərin qanunsuz əməlləri bağlı polis əməkdaşları tərəfindən qanuni tədbirlərin görülməsi ilə bağlı iddiallar səsləndirilib.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan KONKRET.az-a bildirilib ki, iyulun 16-da gecə saatlarında Naftalan şəhər ərazisindəki marketlərin birinin qarşısında “Mercedes” markalı avtomobilə bir qrup şəxs sərxoş vəziyyətdə ictimai qaydanı kobud surətdə pozub. Ərazidə xidmət aparan polis əməkdaşları onları nizam-intizama dəvət etmələrinə baxmayaraq, avtomobildə olan Ayaz Cəfərli, Elvin Muradov, Ruslan Səfəralıyev, Taleh Alcəfərov və Nihad Quliyev özlərini Vətən müharibəsi iştirakçısı olduqlarını əsas gətirərək ictimai yerdə söyüş-təhqirlə müşahidə olunan qanunsuz əməllərini davam etdirib.
Əməllərinin araşdırılması üçün Naftalan ŞPŞ-nə gətirilən zaman A.Cəfərli və T. Alcəfərov qeyri-adekvat əməllərini davam etdirərək polis əməkdaşlarının xidmətinə mane olublar. Həmin şəxslər sərxoşluq müayinəsindən keçirilən zaman A.Cəfərli, E. Muradov və R.Səfəralıyevin orta dərəcəli sərxoş olmaları müəyyən edilib.
Qeyd olunanları nəzərə alaraq diqqətə çatdırırıq ki, adları çəkilən vətəndaşların əməlləri ilə bağlı yayılan iddialar həqiqəti etdirmir, polis əməkdaşları qanunla müəyyən olunan vəzifələri icra edib.
Onların əməlləri ilə bağlı Naftalan ŞPŞ-nin İstintaq Qrupunda araşdırmalar davam etdirilir.

Hemen yerde kamera var onlar yalan ve şer atirlar eger hamsı serxoş idise niye sürüçü senetleşmeyib ve niye onlari döyübler
Onlar eger serxoş idise niye sürücü senetleşmeyib ve ictimayeşi asayş pozlub onlara cerme yazb buraxmalısıniz niye onlara işgence verirsiniz ve onlara xüsusi vasdeden isdifade edirsiz
Mən onu bilirəm ki, şah qanun deyil, qanun şahdır və bizim ölkəmiz Azərbaycan Respublikasının Konstitusiyasında müəyyən edilmiş qanunlarla idarə olunur. Əgər bu qanunlardan hər hansı birini hər hansı bir şəxs pozursa, , pozduğu qanunun tələb etdiyi cəzanı çəkməyə məhkumdur. Onu da qeyd edim ki, Azərbaycan Respublikasının Konstitusiyasında kimisə polis şöbəsinə aparıb əl-qolunu bağlayaraq kobudcasına döyməyi tələb edən bir qanun yoxdur. Əgər var da mən bilmirəmsə xahiş edirəm biri kitabı açıb bunu mənə göstərsin. İddia edilən qanun pozuntusunu isbat edəcək hər hansı bir video material və ya həkim müayinəsindən keçirilərək təsdiq edilmiş bir sənəd varsa çıxarılsın ortaya . Dil sənəd deyil ki, kitaba tikilə. Bir də iddia edilən qanun pozuntusu olmuş olsa belə bu polis əməkdaşına kimisə polis şöbəsinə aparıb əl-qolunu bağlayaraq kobudcasına döymək əsası vermir.