Avropa Birliyi Ukraynaya ən böyük humanitar yardım barədə QƏRAR VERDİbackend

Avropa Birliyi Ukraynaya ən böyük humanitar yardım barədə QƏRAR VERDİ

Avropa İttifaqı (Aİ) bu həftə Ukraynaya humanitar yardım və xilasetmə avadanlığının daha bir partiyasını çatdıracaq. Bu, bütün Aİ ölkələrinin iştirak etdiyi Aİ Mülki Müdafiə Mexanizmi tarixində ən böyük humanitar əməliyyatlardan biri olacaq.

KONKRET.az “Ukrinform”a istinadən xəbər verir ki, bu barədə məlumat bu gün Avropa Komissiyasının saytında dərc olunub.

“Bu həftə daha bir geniş miqyaslı tədarük baş verir. Yardım 49 ton tibbi ləvazimat və xilasetmə avadanlığı daşıyacaq 21 təcili tibbi yardım maşını, 11 yanğınsöndürmə maşını, 16 xilasetmə maşını və 23 yük maşınının daxil olduğu avtomobil karvanından ibarətdir. Fransanın Aİ Mülki Müdafiə Mexanizmi vasitəsilə təklif etdiyi bu konvoy əvvəlcə Rumıniyaya, oradan da Ukraynaya gələcək.

Layihədə Fransadan başqa, bütün Aİ ölkələri, o cümlədən Norveç və Türkiyə də iştirak edir.

Aİ Mülki Müdafiə Mexanizmi 2001-ci ilin oktyabrında həm təşkilat daxilində, həm də onun hüdudlarından kənarda yanğınlar, daşqınlar və ya digər fövqəladə hallar səbəbindən çətin vəziyyətə düşən ölkələrə yardım göstərmək üçün üzv ölkələr arasında səyləri əlaqələndirmək məqsədi ilə yaradılıb.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*