AYP Başqanının Türkiyədə görüşləri davam edir – FOTOLARbackend

AYP Başqanının Türkiyədə görüşləri davam edir - FOTOLAR

Azərbaycan Yüksəliş (AY) Partiyasının Başqanı Anar Əsədli, Başqanın Birinci müavini – partiyanın İcra Aparatının rəhbəri Bəhrəm İsmayılov bu gün Türkiyə Demokrat Partiyasının qərargahında Başqan, millət vəkili Gültəkin Uysalla görüşüblər.

KONKRET.az xəbər verir ki, görüşdə Azərbaycan və Türkiyənin siyasi partiyaları arasında əlaqələrin yaradılması, inkişaf etdirilməsi barədə fikir mübadiləsi aparılıb, 44 günlük Vətən müharibəsində Türkiyənin Azərbaycana dəstəyi xüsusi qeyd edilib.

Məlumat üçün bildirək ki, Türkiyənin 3-cü Prezidenti Cəlal Bayarın 1946-cı ildə qurduğu Demokrat Partiyasından indiyədək üç nəfər Prezident, yeddi nəfər Baş nazir olub.

AY Partiya Başqanı Gültəkin Uysala Azərbaycan bayrağı və Vətən müharibəsinin simvolu olan Xarı bülbül nişanı təqdim edib.

Anar Əsədlinin rəhbərlik etdiyi nümayəndə heyəti bu gün “Ticari Hayat” qəzetinin baş redaktoru Mehmet Göktürklə də görüşüb. Görüşdə iki ölkənin mətbuat sahəsində əməkdaşlığından danışılıb, əlaqələrin genişləndirilməsi barədə fikirlər bölüşülüb.

AY Partiya rəhbərliyi daha sonra Ankarada yerləşən Təbriz Araşdırmalar İnstitutunu ziyarət edib. Anar Əsədli burada İnstitutun Başqanı Riza Heyət, ekspertləri Babək Şahid, İbrahim Ramazanla görüşüblər. Qonaqlara İnstitutun fəaliyyəti barədə məlumat verilib, tərəflər dünya azərbaycanlıları məsələsinə dair fikir mübadiləsi aparıb.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*