“Azərbaycan heç bir şərt qoymadan bütün erməni əsirləri dərhal azad etməlidir” – Saakyan SƏRSƏMLƏDİbackend

“Azərbaycan heç bir şərt qoymadan bütün erməni əsirləri dərhal azad etməlidir” – Saakyan SƏRSƏMLƏDİ

“Azərbaycan heç bir şərt qoymadan bütün erməni əsirləri dərhal azad etməlidir”.

KONKRET.az erməni mətbuatına istinadən xəbər verir ki, belə sərsəm açıqlama ilə hüquq müdafiəçisi Siranuş Saakyan çıxış edib. O təxribat törətmək istəyərkən Azərbaycan hərbçiləri tərəfindən saxlanılan və Bakıda mühakimə olunan erməni əsirlərin (diversant) geri qaytarılmasının vacibliyini vurğulayıb. Onları “terrorçu” və “təxribatçı” kimi təqdim etməyin guya beynəlxalq tələblərə zidd olduğunu deyib.

Siranuş Saakyan Azərbaycan ərazisində təxribata cəhd göstərən terrorçuların əsir statusunda olduğunu deməkdən də utanmayıb. Onların heç bir siyasi və ya digər ilkin şərtlər olmadan dərhal azad edilməsinin vacibliyini vurğulayıb. Saakyan Azərbaycanı bu prosesi süni şəkildə gecikdirməkdə ittiham etməkdən də çəkinməyib.

Görünür Siranuş və onun kimiləri hələ də anlamırlar ki, Azərbaycandan nəyisə tələb etmək üçün heç bir hüquqi və mənəvi haqqları çatmır. Üstəlik Vətən müharibəsində darmadağın edilən Ermənistanın tələb dili ilə danışması rəsmi İrəvanın tam məhv olması ilə nəticələnə bilər.

Digər tərəfdən isə müharibə bitdikdən sonra Azərbaycan ərazisində terrorçuluq hərəkətləri edən ermənilər hərbi əsir yox, məhz təxribatçı sayılırlar və onların mühakiməsi bütün beynəlxalq qanunlar çərçivəsində həyata keçirilir. Başqa bir məsələ isə odur ki,  Azərbaycan hökuməti nəyi, necə edəcəyini və hansı addımı, nə zaman atmaq lazım olduğunu çox yaxşı bilir.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*