Azərbaycan İrandakı səfirini geri çağıra bilərmi? – ƏTRAFLIbackend

Azərbaycan İrandakı səfirini geri çağıra bilərmi? - ƏTRAFLI

İranla Azərbaycan arasında son günlər yaşanan gərginlik artıq ən yüksək səviyyədə özünü biruzə verməyə başlayıb və rəsmi Tehran Azərbaycana qarşı düşmənçiliyini davam etdirməklə yanaşı, biraz da artırıb.

Bəs, İranın bu demarşları nə qədər sürəcək? Həmçinin, baş verənlərin fonunda Azərbaycan İrandakı səfirini geri çağıra bilərmi?

Mövzunu KONKRET.az-a dəyərləndirən “Orta Doğu” Araşdırmalar Mərkəzinin sədri, İranşünas-politoloq Sədrəddin Soltan İran-Azərbaycan əlaqələrində belə təcrübədən istifadə edildiyini bildirib: “Ümumiyyətlə, dünya diplomatiyasında bu cür hallara tez-tez rast gəlinir, səfirlər məsləhətləşmələr üçün geri çağırılır. Çünki İranın Azərbaycandakı, Azərbaycanın isə İrandakı səfiri bir çox hallarda suallara cavab verməkdə çətinlik çəkə, yaxud irəli sürdüyü fikirlər ölkələrinin mövqeyini tam əks etdirməyə bilər. Ona görə də səfiri təlimatlandırmaq məqsədi ilə səfirlər geri çağrıla bilərlər. Ki, bu da normal haldır”.

“İranla Azərbaycan arasında əvvəllər də diplomatik gərginlik yaşanıb və İranın Ali dini rəhbəri Seyid Əli Xameneinin Azərbaycandakı nümayəndəsi Ocaq Necat uzun müddət Azərbaycana buraxılmayıb. Yəni, ölkələr arasında bu cür hallar baş verib. Ola bilsin ki, İran hakimiyyəti də səfirini məsləhətləşmələr üçün geri çağırsın. Çünki bu cür hadisələrdə gərginlik yarananda, diplomatların geri çağrılıb, təlimatlandırılmasına bir çox hallarda ehtiyac olur”-deyə, müsahibimiz vurğulayıb.

Mərahim Nəsib,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*