“Azərbaycan Milonova görə Dövlət Dumasından və hakim partiyadan izahat tələb etməlidir” – Maksim Şevçenkobackend

“Azərbaycan Milonova görə Dövlət Dumasından və hakim partiyadan izahat tələb etməlidir” - Maksim Şevçenko

“Deputat Vitali Milonov xalqlar arasında nifrəti qızışdırır. Ona görə də o, ölkəmizdə etnik nifrəti qızışdıran bir şəxs kimi deputat statusundan məhrum edilməlidir. Dövlət Dumasının deputatı və hakim partiyanın nümayəndəsi kimi o, təkcə azərbaycanlıları deyil, həm də Rusiya Federasiyasının yerli əhalisinin əhəmiyyətli hissəsi olan türkləri təhqir edib”.

KONKRET.az xəbər verir ki, bu fikirlər tanınmış jurnalist Maksim Şevçenkonun “Moskva-Baku.ru” nəşrində dərc edilən yazısında öz əksini tapıb. M.Şevçenko daha sonra bunları bildirib:

“Milonov türk xalqından faşistlərin yəhudilər haqqında danışdığından qat-qat pis və təhqiramiz şəkildə danışıb. Heç kimin mühakimə və ya həbs olunmasına çağırmıram. Amma bu şəxs ifadələrinə uyğun olaraq ən azı siyasi qiymətini almalıdır. Onun bu sözlərindən sonra jurnalist Orxan Camalın öldürüldüyünə şübhə etmirəm. Çünki o, ölümündən bir qədər əvvəl alçaq bir açıqlama verdi. Onunla görüşəndə murdar üzünü əzmək üçün yumruqlarımı sıxdım. Qorxdu. Ona böhtan atıldığını, jurnalistlərin onun sözlərini təhrif etdiyini söylədi.

İndi başa düşdüm ki, o, yalan danışırmış. Milonovun sözləri Rusiya prezidentinin mövqeyinə ziddir. Milonov daim bəzi dəyərləri qoruduğuna and içir. Ancaq Vladimir Putinin İlham Əliyevə qarşı qardaş münasibətini, Rəcəb Tayyib Ərdoğana qarşı necə mehriban olduğunu görürük. Rusiya Ermənistan-Azərbaycan münaqişəsini həll etmək üçün çox işlər gördü. Lakin təəssüf ki, Rusiya Prezident Putinin göstərişi və Sergey Lavrovun səyləri ilə Azərbaycan və Ermənistan arasında dialoq qurmağa çalışarkən, belə bir təxribatçı meydana çıxır və xalqlar arasında nifrəti qızışdırır.

Mənə elə gəlir ki, bu insan ya dəli olub, ya da cinayətkardır. Və əminəm ki, hamı mənim kimi düşünür. Mənim üçün onun mövqeyi çox qəribə və olduqca anlaşılmazdır. Əslində, bir rus millət vəkilinin belə danışması üçün heç bir əsas da görmürəm. Mənə onun bu qədər nasist ola biləcəyi çatmır. Bəli, siz ermənilərə rəğbət bəsləyə bilərsiniz. Lakin bunun üçün hansısa xalqı təhqir etməyə lüzum yoxdur. Milonov erməni nasistlərin belə istifadə etməyə cəsarəti çatmayan epitetlər işlədərək azərbaycanlılar haqqında hədyanlar danışır. Mənə görə onun dedikləri cinayətdir.

Məni hazırda bir sual narahat edir: hakim partiyanın özü bu bəyanatlarla nə dərəcədə əlaqəlidir? “Qədim erməni torpağı vəhşilərin əlinə keçdi. Hansı ki, onlar meyitlə də vəhşicəsinə rəftar edirlər…”, – Milonov bu sözləri müasir Azərbaycan haqqında deyir. Özü də çox yüksək mədəni inkişaf yolu keçmiş sivil bir ölkə haqqında… O, millətin ki Maqomayev, İbrahimbəyov, Salahov, Ələkbərov, Nisanov və daha yüzlərlə, minlərlə dəyərli oğlu var… Qoy bu əclaf dediyinə görə cavab versin. Onunla görüşəndə dediklərini sadəcə qiymətləndirməyəcəyəm, ona həddini bildirəcəyəm. Çünki açıqlamaları bir siyasətçinin deyil, siyasətdən bixəbər bir zavallının ifadəsidir. Ona görə ki, əgər bir siyasətçi sistemdə qalmaq istəyirsə, dediyi sözün məsuliyyətini dərk etməlidir.

Milonov Qarabağdakı mədəni və dini obyektlərin Azərbaycan tərəfindən məhv edilməsindən danışır. Buna münasibət bildirmək belə istəmirəm. Çünki Qarabağdakı mədəni, tarixi, dini obyektləri kimlərin dağıtdığını çoxları kimi, mən də gözlərimlə gördüm. Qəbiristanlıqları kimin dağıtdığını, uçurduğunu, şumladığını, qədim məscidlərə qarşı vandal münasibəti bütün dünya gördü. Bəli, bütün bunları biz hamımız çox mükəmməl şəkildə gördük. Bunu Milonovun təriflədiyi ermənilər etdi.

Milonov Rusiya ilə Ermənistanı “xeyir oxu”, Türkiyə, Azərbaycan və digərlərini isə “şər oxu” adlandırır. Bu, nə qədər bəsit və səbatsız yanaşmadır. Üstəlik, bu fikirlər Rusiyanın ümummilli və dövlətçilik mövqeyi ilə ziddiyyət təşkil edir. Bəlkə də Milonov sadəcə gizli bir faşist təşkilatının üzvüdür… Hesab edirəm ki, Azərbaycan tərəfi ən azından Xarici İşlər Nazirliyi səviyyəsində qarşı tərəfdən izahat tələb etməlidir. Çünki bu, siyasət deyil, açıq faşist çağırışlarıdır. Milonovun açıqlamaları ilə bağlı hakim partiyadan – “Vahid Rusiya”dan da izahat tələb olunmalıdır. “Vahid Rusiya” partiyasının rəhbərliyi arasında Bakıda anadan olan insanlar çoxdur. Məsələn, Sankt-Peterburqun qubernatoru Beqlov. Görəsən, Beqlovdamı azərbaycanlıların vəhşi olduğunu düşünür? Xahiş edirəm, buyursunlar, cavab versinlər…”.

Tərcümə etdi: Surxay Atakişiyev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*