Azərbaycan və Ermənistan XİN başçılarının görüşü ilə bağlı BƏYANATbackend

Azərbaycan və Ermənistan XİN başçılarının görüşü ilə bağlı BƏYANAT

ATƏT-in Minsk Qrupunun həmsədrləri bu gün Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov və Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan arasında keçirilən videokonfrans formatında görüşlə bağlı bəyanat yayıb.

KONKRET.az-ın xəbərinə görə, bu barədə ATƏT-in saytında məlumat verilib.

Bildirilib ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri (İqor Popov – Rusiya, Stefan Viskonti – Fransa və Endryu Şoffer – ABŞ) 29-30 iyun tarixlərində bölgədəki ictimai səhiyyə vəziyyətini, Dağlıq Qarabağ münaqişəsindəki mövcud dinamikanı və sülh prosesindəki növbəti addımları müzakirə etmək üçün Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov və Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyala videokonfrans vasitəsilə ayrı-ayrılıqda və birgə şəkildə bir araya gəliblər. 

Bu müzakirələrdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də iştirak edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*