Azərbaycanda əhaliyə yenidən 190 manat ödəniləcək – ŞAD XƏBƏRbackend

Azərbaycanda əhaliyə yenidən 190 manat ödəniləcək – ŞAD XƏBƏR

Dünya Bankı Azərbaycanda COVID-19-la mübarizə və virusun nəticələrinin aradan qaldırılması ilə bağlı yeni layihəyə başlayır.

KONKRET.az xəbər verir ki, “Azərbaycanda COVID-19-a təcili reaksiya Layihəsi” bu ilin sentyabrında işə düşəcək.

Ümumi məbləği 95 milyon dollar olan layihə bütünlükdə Dünya Bankı tərəfindən maliyyələşdiriləcək. Onun icraçıları isə İcbari Tibbi Sığorta Agentliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir.

Layihə çərçivəsində atılacaq əsas addımlardan biri əhalinin həssas və aztəminatlı təbəqəsinə – ailələlər və ayrı-ayrı şəxslərə müvəqqəti dəstək vermək və onlara ödənişlər etməklə bağlıdır.

Layihə çərçivəsində işsizliyə görə ayrıca ödənişin verilməsi nəzərdə tutulur. Bu birdəfəlik ödəniş olacaq, məbləği isə 190 manat (111 dollar) təşkil edəcək.

Həmin ödəniş işsizə çevrilən və Dövlət Məşğulluq Xidmətində qeydə alınan 170 min vətəndaşa veriləcək.

Qeyd edək ki, hökümət artıq 2020-ci ildə (aprel-iyun aylarında) ölkədə 600 min nəfərə 190 manatlıq işsizlik müavinəti ödəyib. Bu dəstək pandemiya nəticəsində işini itirən rəsmi və qeyri-rəsmi çalışanlara ödənilmişdi.

Dünya Bankının layihəsi də həmin 600 min nəfərdən 170 min nəfərinə 190 manatlıq birdəfəlik ödənişi nəzərdə tutur./fed.az/

 

  • Qahirə
    İyun 22, 2021 - 14:32

    Yəqin adami olanlara veriləcək,biz gözləməyək

  • Sebine
    İyun 22, 2021 - 18:45

    Iwliyenlere veriseydi nolardiki iwliyen adamin pula ehtiyaci yoxdu

  • Nahid
    İyun 23, 2021 - 10:43

    Bu xəstəlik problemləri bitsin,hər şey əvvəlki kimi olsun
    lazım deyil 190 manatzad.Camaat özü işləyib pul qazana bilər
    190 veriləcəksə demeli yenə nəsə məhdudiyyətlər olacaq ki,veriləcək
    Bu şad xəbər deyil,Bəd xəbərdi

    • gunay
      İyun 23, 2021 - 13:33

      duzdur

  • Qonce
    İyun 23, 2021 - 13:24

    Bizlere verilmez hardadi ele her yerde qeydiyatdan kecmiwem imkanimda yoxdu ne karantin olan vaxti komeklik olmadi indide inanmiram

Qahirə üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*