“Azərbaycanın vurduğu bombalı erməni PUA-sını biz ilk olaraq İŞİD-də görmüşdük. Daha sonra PKK/YPG-də. İndi də Ermənistanda. Şübhəm odur ki, bu PUA PKK qoxuyur.”
KONKRET.az xəbər verir ki, bunu Türkiyənin təhlükəsizlik eksperti, təqaüddə olan hərbçi Abdullah Ağar oktyabrın 23-də Azərbaycan Silahlı Qüvvələrinin Cəbrayıl istiqamətində Ermənistan ordusuna aid “BZEZ” tipli PUA-nı vurmasına münasibət bildirərkən deyib.
Tvitter hesabından vurulmuş PUA-nın fotolarını paylaşan Ağar bunları yazıb:
“Azərbaycan əsgərlərinin Cəbrayıl cəbhəsində vurduğu bombalı PUA. Bunları ilk olaraq İŞİD-də görmüşdük. Sonra PKK-da. İndi də Ermənistan ordusunda. Şübhəm odur ki, bu PUA PKK qoxuyur.” Avropa.info

