Azərbaycanlı bloqeri Ukraynaya BURAXMADILAR — FOTObackend

Azərbaycanlı bloqeri Ukraynaya BURAXMADILAR — FOTO

Rusiyada fəaliyyət göstərən azərbaycanlı bloqer Hüseyn Həsənovu Ukraynanın paytaxtı Kiyevə buraxmayıblar.

KONKRET.az xəbər verir ki, o, komandası ilə pərəstişkarları ilə görüşmək üçün Kiyevə yola düşüb.

Lakin Kiyev hava limanında 6 saat saxlandıqdan sonra ona ölkəyə daxil olmağa qadağa qoyublar.

Uzun sürən sorğu-sualdan sonra, izləyicilərinin sayının həddən artıq çox olduğunu səbəb gətirərək onu hava limanından geri qaytarıblar.

Hüseyn “İnstagram” səhifəsindən video yayımlayaraq pərəstişkarlarından üzr istəyib.

O, bunun onun günahı olmadığını bildirib.

Qeyd edək ki, bloqerin “İnstagram”da 13 milyon izləyicisi var.

Hüseyn restoran işi ilə məşğul olur və şəxsi geyim markası var.

 

Ölkə.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*