Müğənni Nərmin Kərimbəyova ikinci dəfə ailə həyatı qurmağa hazırlaşır.
KONKRET.az azxəbər-ə istinadla bildirir ki, bu haqda o ARB telekanalında “Maqazin plus” verilişində danışıb.
Üç gün öncə evlilik təklifi aldığını deyən ifaçı, nəzərə gəlməkdən qorxduğunu etiraf edib:
‘Evlilik təklifi almışam. Amma planlardan danışmaq mənə heç düşmür. Həyatımda müsbət yöndə dəyişikliklər var. Onu deyə bilərəm ki, ailə qursam da, sənətimi atmayacam. Çünki mən bu sənət üçün doğulmuşam”.