Bağlı qapı arxasında qalan azyaşlılar xilas edildibackend

Bağlı qapı arxasında qalan azyaşlılar xilas edildi

Bağlı qapı arxasında qalan azyaşlılar xilas edilib.

Bu barədə KONKRET.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Məlumata görə, FHN-nin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nizami rayonu, Nəsimi küçəsində yerləşən yaşayış binasında azyaşlıların mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.

Xilasedicilər alpinist ləvazimatlarının köməyi ilə beşmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olaraq 2023-cü il təvəllüdlü azyaşlıları valideynlərinə təhvil veriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*