Bakı merinin bu cavabı Pezeşkianı təəccübləndirdi – Videobackend

Bakı merinin bu cavabı Pezeşkianı təəccübləndirdi - Video

İran Prezidenti Məsud Pezeşkian Şəhidlər xiyabanını ziyarət etdikdən sonra Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovla söhbət edib.

KONKRET.az Globalinfo.az-a istinadən xəbər verir ki, E.Əzizov qonağa paytaxt barədə məlumat verib.

Bakının ən hündür nöqtəsindən paytaxtın mənzərəsini seyr edən ali qonağa Eldar Əzizov şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

İran Prezidenti Bakıda nə qədər əhalinin yaşadığını soruşub.

Bakı meri Pezeşkiana paytaxtda qeyri-rəsmi 3,5 milyon əhalinin olduğunu bildirib. Bu isə İran Prezidentinin təəccübünə səbəb olub.

İran Prezidenti ilə Eldar Əzizov arasındakı səmimi söhbətin videosunu təqdim edirik.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*