Səhər saat təxminən 06:30-da yaşlı bir kişi “Əhmədli” metrostansiyasının platformasında qatar gözləyərkən dünyasını dəyişib.
KONKRET.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
O, qeyd edib ki, Bakı sakini, 1955-ci il təvəllüdlü Zülfəli Kazımov ürək tutmasından vəfat edib.
Hadisə ilə bağlı dərhal təcili tibbi yardım xidmətinə məlumat verilib və stansiyaya həkim çağrılıb.
