Bakıda 12 mərtəbəli binada yanğın oldubackend

Bakıda 12 mərtəbəli binada yanğın oldu

Bakıda 4 otaqlı mənzil yanıb, xəsarət alan yoxdur.

KONKRET.az xəbər verir ki, yanğın Nərimanov rayonu, Aşıq Alı küçəsində qeydə alınıb.

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində on iki mərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində baş vermiş yanğının genişlənməsinə, o cümlədən digər mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 180kv.m. olan dördotaqlı mənzilin bir otağı qismən yanıb.

Mənzilin böyük hissəsi və digər mənzillər yanğından mühafizə olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*