Bakıda 45 yaşlı qadını maşın vurdubackend

Bakıda 45 yaşlı qadını maşın vurdu

Paytaxtın Nizami rayonunda yol-nəqliyyatı hadisəsi zamanı bir nəfər xəsarət alıb.

Hadisə 8-ci kilometr bazarının qarşısında qeydə alınıb.

Hadisə 1975-ci il təvəllüdlü Abbasova Kəmalə Əzizağa qızı yolun müəyyən edilməmiş hissəsindən keçərkən baş verib. Onu minik avtomobili vurub. Yaralı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq 3 nömrəli şəhər xəstəxanasına yerləşdirilib.

Baş vermiş yol-nəqliyyatı hadisəsinin təfərrüatlarını Nizami Rayon Polis İdarəsinin əməkdaşları araşdırır./apa/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*