Bakıda təhlükəli manevrlər edən sürücülər həbs olundubackend

Bakıda təhlükəli manevrlər edən sürücülər həbs olundu

Paytaxt ərazisində motosikletlərin təhlükəli manevrlər etməsini əks etdirən görüntülər araşdırılıb.

DİN Mətbuat Xidmətindən KONKRET.az-a bildirilib ki, görülən tədbirlərlə həmin motosikletlərin sürücüləri –  R.Məmmədzadə və A.Musazadə  müəyyən edilərək saxlanılıblar.

Hər iki şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib olunmaqla aidiyyəti üzrə məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə onların sürücülük hüquqları 1 il müddətinə məhdudlaşdırılmaqla R.Məmmədzadə 25, A.Musazadə 15 gün müddətinə inzibati qaydada həbs ediliblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*