Bakıda yaşayış binasında yanğın olub – VİDEO – YENİLƏNİBbackend

Bakıda yaşayış binasında yanğın olub - VİDEO - YENİLƏNİB

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın hadisəsi qeydə alınıb.

Bu barədə KONKRET.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən bildirilib.

İlkin məlumata əsasən, paytaxtın Nəsimi rayonu, Cavadxan küçəsi 31 ünvanında hündürmərtəbəli binada, mənzildə yanğın başlaması barədə FHN-in qaynar xəttinə məlumat daxil olub. Məlumat daxil olduqdan dərhal sonra FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

FHN qüvvələrinin operativ müdaxiləsi nəticəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürlülüb.

***

10:50

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın hadisəsi olub.

KONKRET.az xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu ərazisində qeydə alınıb.

Belə ki, çoxmərtəbəli yaşayış binasında yerləşən mənzillərdən biri yanır.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, FHN-in 112 qaynar xəttinə Nəsimi rayonu, Cavadxan küçəsində, çoxmərtəbəli yaşayış binasında mənzildə yanğının başlaması barədə məlumat daxil olub: “Məlumat daxil olduqdan dərhal sonra FHN-in yanğından mühafizə və xüsusi riskli xilasetmə xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*