Bakının su dərdi – Əlavə xətlər niyə çəkilmir?backend

Bakının su dərdi - Əlavə xətlər niyə çəkilmir?

Son günlər paytaxt Bakıda və Abşeron yarımadasında müxtəlif texniki və digər səbəblərdən suyun verilməsində problemlər tez-tez meydana çıxır. Adətən belə vəziyyətlərdə əhaliyə öncədən xəbərdarlıq edilsə də, kəsintilər qeyd edilən vaxtdan nisbətən uzun çəkir. Suyun insan həyatındakı əhəmiyyətindən danışmağa ehtiyac yoxdur. Bəs görəsən, paytaxtın su təminatında alternativ variantlara ehtiyac varmı?

KONKRET.az xəbər verir ki,mövzu ilə bağlı  danışan kommunal məsələlər üzrə ekspert Nüsrət Qasımov bildirib ki, təəssüf ki, bu sahədə görülən işlər qaydasında deyil:

“Bu sahədə işlər düzgün qurulmur. Aydın məsələdir ki, Oğuz-Qəbələ-Bakı su kəmərində qəza olub. Əvvəla bu cür qəzaların hər an baş vermə ehtimalını nəzərə alıb, əlavə xətlər də çəkmək lazımdır. Eyni zamanda bir neçə gün öncədən insanlara suyun olmayacağı ilə bağlı xəbərdarlıq edilməlidir. Bakı böyük şəhərdir və paytaxtın su, qaz, işıq və digər kommunal təminatları daha əhatəli təmin edilməlidir”.

Ekspert hazırda fəaliyyət göstərən xətlərlə paralel əlavə xətlərin istifadəyə verilməlsinin vacib olduğunu qeyd edib:

“Hazırda Abşerona su Kürdən 2 xətt olmaqla, Oğuz-Qəbələ-Bakı, Şollar kimi magistral su kəmərləri ilə gətirilir. Lakin su probleminin yaranmaması və daha ciddi xarakter alamaması üçün əlavə xətlərin, ən azından çəkilən xəttə paralel yardımçı boruların da olması vacibdir. Digər tərəfdən su xətlərinin davamlı və möhkəm olması, qəza risklərindən maksimum dərəcədə qorunması da çox vacibdir. Su gündəlik olaraq qida, məişət və texniki məqsədlərlə istifadə edilən həyat əhəmiyyətli vasitədir, buna ciddi yanaşmaq lazımdır”./Yenisabah.az

  • Ilahe
    Avqust 21, 2024 - 12:37

    He vessalam,danismaq asandire tedbir gorune,Su idaresi Suraxani rayimu zeng edirem ki su getirin çene vuraq deyir masin sinib yolda qalib,yalansa ozunuz de qirilib yolda qalasiz ele

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*