Bayramqabağı ƏT BAHALAŞDIbackend

Bayramqabağı ƏT BAHALAŞDI

Paytaxtın Yeni Ramana qəsəbəsində ətin qiymətində artım müşahidə olunur.

Bildirilir ki, həm dana, həm də quzu ətinin qiyməti bahalaşıb. Dünən dana ətinin bir kiloqramı muştərilərə 16-17 manata təklif olunduğu halda bu gün 18 manata satılır. Quzu əti isə heyvanın çəkisindən asılı olaraq 20-21 manata alıcılara təklif olunur.

Qəssablar müxbirimizə söhbət zamanı qiymət artımını rayonlarda ətin bahalaşması ilə əlaqələndiriblər. Onlar Novruz və Ramazan bayramlarının yaxınlasmasının qiymət artımına təsir göstərdiyini bildiriblər.//Metbuat.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*