Beş gənc AMEA-nın Tarix İnstitutuna işə qəbul edildi – FOTObackend

Beş gənc AMEA-nın Tarix İnstitutuna işə qəbul edildi - FOTO

AMEA Tarix İnstitutunun işə qəbul haqqında elanı üzrə müsabiqənin nəticələri açıqlanıb.

KONKRET.az xəbər verir ki, AMEA Tarix İnstitutu mart ayının 30-da tarixin nəzəriyyəsi, Azərbaycanın Atropatena və Albaniya dövlətləri və Orta əsrlər tarixinin bir sıra dövrləri üzrə (VII-IX və XIII-XIV əsrlər) tarixi araşdırmalara marağı olan gəncləri işə dəvət etmək üçün elan verib. Elan verilən gündən müxtəlif yaş kateqoriyalarından 30-a yaxın müraciət daxil olub. Müraciət edən şəxslərdən 23 nəfərin şəxsi məlumatları vakansiyaya uyğun olduğu üçün onların şəxsi məlumat blankları qəbul edilərək 2 mərhələdən ibarət olan müsahibə keçirilib. Müsahibənin 1-ci mərhələsində iddiaçıların CV-də göstərdikləri xarici dillər üzrə dil bacarıqları yoxlanılıb və onlar elanda göstərilən mövzular üzrə esselər yazıb. İkinci mərhələdə isə seçilən iddiaçılarla yenə də elanda göstərilən dövrlər və problemlər üzrə fikir mübadiləsi aparılıb. Beləliklə, Azərbaycan tarixinin qədim və orta əsrlər tarixi istiqamətləri üzrə 5 gənc Tarix İnstitutuna işə qəbul edilib.

Məlumata görə, onlar göstərilən dövrlərin aktual problemləri ilə bağlı tədqiqat işlərinə cəlb olunacaq.

Bildirilib ki, Tarix İnstitutu tarixi tədqiqatlara marağı və müəyyən edilmiş dövrlər üzrə dil hazırlığı olan magistrantların işə qəbulunu davam etdirəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*