“Bloomberg” müvəqqəti olaraq rus dilində xəbərlər yayımlamağı dayandırıb.
KONKRET.az TASS-a istinadla xəbər verir ki, bu barədə agentlik özü elan verib.
Agentlik qərarın səbəblərini açıqlamayıb.
Martın 28-də “Bloomberg” Ukrayna ətrafındakı vəziyyətlə əlaqədar Rusiya və Belarusda fəaliyyətini dayandırdığını bəyan edib. Onun hər iki ölkədəki müştərilərinə xəbər terminalı və e-ticarət platformaları da daxil olmaqla maliyyə məhsullarına giriş qadağan ediləcək.
