BMT-də çıxışı zamanı göz yaşlarını saxlaya bilmədi – VİDEObackend

BMT-də çıxışı zamanı göz yaşlarını saxlaya bilmədi - VİDEO

Fələstinin BMT-dəki daimi müşahidəçisi Riyad Mənsur təşkilatın Təhlükəsizlik Şurasının Qəzza zolağında fövqəladə iclası zamanı göz yaşlarını saxlaya bilməyib. 

KONKRET.az xəbər verir ki, o, İsrailin Əl Auda xəstəxanasına endirdiyi zərbə nəticəsində həlak olan doktor Mahmud Əbu Nuceylə haqqında danışıb.

“Bir neçə ay əvvəl o, adətən əməliyyatların planlaşdırılmasında istifadə olunan lövhədə bir mesaj yazdı və mən ondan sitat gətirirəm: “Sona qədər qalan bizim hekayəmizi danışacaq. Əlimizdən gələni etdik. Bizi yadda saxla”, – deyə Mənsur bildirib və ağlayıb.

Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, münaqişə başlayandan bəri 45 mindən çox fələstinli ölüb, 108 mindən çoxu yaralanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*