“Kommunikasiyaların açılması regional effekt verəcək, lakin danışıqlar əvvəlcə müəyyən edilən formatda İrəvan, Moskva və Bakının iştirakı ilə aparılır”.
KONKRET.az erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Ermənistan baş nazirinin müavini Mher Qriqoryan fikir səsləndirib. O bildirib ki, İran və Türkiyə ərazilərin blokdan çıxarılması ilə bağlı müzakirələrdə birbaşa iştirak etməsə də, bunun bütün bölgəyə müsbət təsir edəcəyi aydındır.
Qriqoryan əlavə edib ki, bölgənin blokdan çıxarılması şübhəsiz ki, regional əhəmiyyət kəsb edir. Çünki bu, sülhün təminatlarından biridir.
Erməni nazir müvininin sözlərinə görə, kommunikasiyaların açılmasında digər ölkələr (İran, Gürcüstan) də, bu və ya digər formada əlaqəlidir. Lakin bu üçüncü tərəflərin danışıqlar prosesinə cəlb olunması demək deyil.
Müşviq Tofiqoğlu
KONKRET.az
