Prezident Putin Azovstalın Mariupolun müdafiəçiləri tərəfindən blokadaya alınmasından danışıb və bildirib ki, rus qoşunlarının şəhərdən başqa istiqamətə köçürülməsi məqsədəuyğundur. Britaniya kəşfiyyatı isə hesab edir ki, şəhərə hücum rus ordusu üçün böyük itkilər demək olardı.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Britaniya kəşfiyyatı Kreml rəhbərinin planı haqda da məlumat açıqlayıb: “Putinin “Azovstal”ı bloklamaq qərarı çox güman ki, Mariupolda rəsmi Kiyevin müqavimətini cilovlamaq və Ukraynanın şərqində yerləşdiriləcək Rusiya qüvvələrini azad etmək üçündür. “Rusiya qoşunları tərəfindən Azovstala hücum ruslar arasında ağır itkilərə və onların döyüş qabiliyyətinin azalmasına səbəb olardı” – Britaniya kəşfiyyatı bildirib.
Məlumatda daha sonra rusların Donbasda intensiv atəşi davam etdirdiyi, Krasnı Liman, Buqayovka, Barvinkovo və Popasnaya istiqamətində irəliləməyə çalışdığı qeyd olunur. “Rusiya ordusunun döyüş effektivliyinə hələ də müharibənin ilk həftələrində verilən itkilər təsir edir. Onlar zədələnmiş hərbi texnikalarının təmiri üçün arxa cəbhəyə göndərməyə məcburdurlar” – deyə kəşfiyyat vurğulayıb.
Müşviq Tofiqoğlu,
KONKRET.az
