Şri-Lanka xarici öhdəliklərini yerinə yetirməyib.
KONKRET.az xəbər verir ki, bu barədə 22 milyon əhalisi olan ada dövlətinin Maliyyə Nazirliyi məlumat verib. Nazirlik bildirib ki, Şri-Lankanın bütün xarici öhdəliklər üzrə ödənişləri dayandırdılıb.
- Şri-Lanka Mərkəzi Bankı ilə digər ölkələr arasında svop müqavilələri istisna olmaqla, bütün istiqrazlar və ikitərəfli kreditlər üzrə anlaşmalar defolt elan edilib. Həmçinin kommersiya bankları və ya digər kredit təşkilatları ilə xarici valyutada olan kredit müqavilələri üzrə ödənişlər dayandırılıb.
“Elan edilmiş defolt ölkədə maliyyə vəziyyətinin pisləşməsinin qarşısını almağın son yoludur”, – deyə Maliyyə Nazirliyi izah edib.
- Sənəddə qeyd edilir: “Daha bir gecikmə Şri-Lanka iqtisadiyyatı üçün geridönməz nəticələrə səbəb ola bilər və hökumətin xarici borcunun sahiblərinə potensial olaraq düzəlməyən zərər verə bilər”.
Şri-Lanka 1948-ci ildə müstəqillik əldə etdikdən sonra ən pis böhranla üz-üzədir. Koronavirus pandemiyası səbəbindən ölkə turistsiz qalıb və bu, ölkəyə idxal olunan mallara görə ödədiyi valyuta axınının dayanmasına səbəb olub.
Şri-Lankanın xarici borcu 35 milyard dollardır. Martda inflyasiya 17% təşkil edib.
Xuraman Etibarlı,
KONKRET.az
