Bu şəxslərin də təhsil haqqını dövlət ödəyəcək – DƏYİŞİKLİKbackend

Bu şəxslərin də təhsil haqqını dövlət ödəyəcək - DƏYİŞİKLİK

“Təhsil haqqında” qanuna dəyişiklik təklif edilir.

KONKRET.az  xəbər verir ki, dəyişikliklə qanunun 14.8-1-ci maddəsinə əlavə edilir.

Qanunun hazırkı varinatına görə valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər bütün tipdən olan dövlət təhsil müəssisələrində, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində, habelə bələdiyyə və özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.

Qanuna təklif olunan əlavə ilə isə valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar övladlığa götürüldükdə də bu hüququ saxlayacaqlar.

Qanuna dəyişiklik layihəsi Milli Məclisin Elm və təhsil komitəsinin iclasında müzakirə ediləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*