Buraxılış imtahanında maksimum bal toplayan yeganə şagird odur – FOTObackend

Buraxılış imtahanında maksimum bal toplayan yeganə şagird odur - FOTO

Xəbər verdiyimiz kimi, tam orta təhsil (11 illik) səviyyəsi üzrə 15-16 aprel 2021-ci il tarixlərində keçirilmiş buraxılış imtahanlarında bir nəfər ən yüksək nəticə toplayıb.

Dövlət İmtahan Mərkəzindən KONKRET.az-a verilən məlumata görə, imtahan iştirakçılarından Sumqayıt şəhəri Texniki və təbiət elmləri liseyinin məzunu maksimal – 300 bal toplayıb.

Həmin şagird 2 il əvvəl 9-cu sinif səviyyəsi üzrə buraxılış imtahanında da 296 bal toplamaqla yüksək nəticə göstərib.

Şagirdin adı da açıqlanıb. Bu, Məsimov Ruslan Rizvan oğludur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*