Cahangir Novruzov: “Qızım Nəsibə sənədlə mənim bacımdır” – VİDEObackend

Cahangir Novruzov: “Qızım Nəsibə sənədlə mənim bacımdır” - VİDEO

“Nəsibə Zeynalova həmişə qız övladının olmasını arzulayıb. Şanssızlıqdan mən doğulmuşam”.

KONKRET.az xəbər verir ki, bunu Baku TV-də yayımlanan “Afaq Hüseynova ilə səmimi söhbət” verilişində 26 ildir Türkiyədə yaşayan və fəaliyyət göstərən rejissor-aktyor, Xalq artisti Cahangir Novruzov deyib.

Aktyor qeyd edib ki, mərhum Xalq artisti Nəsibə Zeynalova nəvəsi doğulduqdan sonra onu övladlığa götürüb. Bu səbəbdən qızı Nəsibə sənədlə onun bacısıdır.

Xalq artisti Türkiyədə əksər tələbələrinin film və seriallarda rol almasından da bəhs edib:

“Mənim tələbələrim işsiz qalmır. Məzun olduqdan sonra seriallarda, teatrlarda çalışmağa başlayırlar”.

Daha ətraflı süjetdə:

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*