COVID-19-a yoluxanların sayı 10,2 milyonu ötdü – ƏTRAFLIbackend

COVID-19-a yoluxanların sayı 10,2 milyonu ötdü - ƏTRAFLI

Dünyada COVID-19 infeksiyasından ölənlərin sayı yarım milyonu keçib.

KONKRET.az xəbər verir ki, koronavirusdan ölənlərin sayı 503 597 nəfərə çatıb.

10 218 562 insan koronavirusa yoluxub, 5 521 578 insan isə virusdan sağalıb.

Dünyada virusa aktiv yoluxma hallarının sayı 4 193 387-dir. Koronavirus xəstələrindən 57 943-ü ağır vəziyyətdədir.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*