Culfada yol qəzası oldu – 3 nəfər xəsarət aldıbackend

Culfada yol qəzası oldu - 3 nəfər xəsarət aldı

Culfa rayonunda baş verən qəzada 3 nəfər xəsarət alıb.

KONKRET.az xəbər verir ki, hadisə rayona giriş hissədə, Bayraq Meydanında baş verib.

Qəza zamanı 72-BE-015 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobillə 75-BM-815 dövlət nömrə nişanlı “Chery” markalı avtomobil toqquşub.

Qəzada Culfa rayon sakini, 63 yaşlı Məryəm Nəbiyeva, Natiq Həşimov və Türkiyə vətəndaşı Qərib Arazi xəsarət alıblar. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*